AFFA-nın icraçı vitse-prezidenti Fərid Novruzi ilə görüşüb

Azərbaycan çimərlik futbolu federasiyasının prezidenti, səyyah Fərid Novruzi dünya səyahətini 158 günə tamamlayıb. Səyahət çərçivəsində o, dünyanın 6 qitəsinə (Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Avstraliya) səfər etmiş, heç bir hava nəqliyyatından istifadə etmədən 60.000 km məsafə qət etmiş, ekvatoru şimaldan cənuba və cənubdan şimala olmaqla iki dəfə keçmiş, dünyanın iki antoqonist nöqtəsində olub.

Allsport.az saytı xəbər verir ki, bütün bunları 158 günə tamamlamış həçyerlimiz, daim doğma Azərbaycan bayrağını səyahət etdiyi əksər ölkələrin ən görməli, əhəmiyyətli yerlərində dalğalandırıb.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu münasibətlə onunla görüşüb, səyahətini müvəffəqiyyətlə başa vurması münasibəti ilə onu təbrik edib.

Həmin kateqoriyadan