- Baxış sayı: 51
- 03 Fevral 2026 14:21
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0
Bu gün gecə saatlarında Azərbaycanın nümayəndə heyəti Rioya yola düşdü. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yolasalmada Boks federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abiyev də vardı. O, jurnalistlərə açıqlamasında budəfəki nəticənin ötənlərdən daha yaxşı olacağını söylədi:
«Son illərdə Azərbaycan boksu sürətlə inkişaf edib. Uğurlarımız göz qabağındadır. Artıq 4 dünya çempionumuz var. Sidney-2000-dən bu yana boksçularımız Vətənə bürünc medallarla qayıdırlar. Bu dəfə mükafatların əyarı daha yüksək olacaq».