- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
AFFA Məşqçilər Şurasının üzvü Ağasəlim Mircavadov “Qarabağ” və “Qəbələ” klublarının Avropa Liqasının qrup mərhələsidə çıxışlarını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, azerisport.az-a açıqlamasında bunu söyləyib: “Hər iki komandamız normal çıxış etdi. “Qəbələ” qrup mərhələsində xal qazana bilməsə də, təsnifat mərhələsində parlaq oyunu ilə yadda qaldı. Düzdür, məhz buna görə onlardan qrup mərhələsində də gözləntilər böyük idi. Amma görünür nəsə çatmadı. Roman Qriqorçuk bunu hər kəsdən daha yaxşı bilər.
Hər halda, “Qəbələ”nin ardıcıl iki ildir qrup mərhələsində oynaması böyük uğurdur, bu, klubun imici üçün də müsbət məqamdır. Şəxsən məni qane etməyən yeganə məqam yerli futbolçuların meydana çox az çıxması oldu. Çempionat oyunlarında tez-tez gənclərə, yerli futbolçulara şans verilsə də, bu, limitə görədir. Amma Avroliqada belə deyildi. Bu, sadəcə, mənim fikrimdir, qərarı isə baş məşqçi verir.
“Qarabağ”a gəlincə, yenə qrupdan çıxmaq məsələsini son tura saxladı. Hesab edirəm ki, biz klublarımızın avrokuboklarda daha böyük uğur qazanmasını istəyiriksə, ilk növbədə çempionatımızda gərginliyi artırmalıyıq. “Qarabağ” il ərzində cəmi 5-6 ciddi oyun keçirirsə, bu, çox azdır. Həmçinin, komandaya hücumçu lazımdır. Bunu məşqçilər korpusu da gözəl bilir. Əlbəttə, hər futbolçunu buraya gətirmək də asan deyil. İstənilən halda, “Qarabağ” sağ olsun ki, bu mövsüm də belə güclü komandaları Bakıya gətirdi”.