AGF-də yeni layihə

Azərbaycan güləş federasiyası yeni layihəyə start verib.

Allsport.az xəbər verir ki, bundan sonra ölkədaxili yarışlardan sonra müxtəlif görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətiriləcək.

Bu mənada ilk belə yarış 7-11 yanvarda Bakı idman sarayında keçirilmiş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı olub. Həmin yarışın baş hakimi Asif Şirəliyev bəzi görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib.

Bu layihənin icrasında məqsəd bu sahədə şəffaflığı təmin etmək, güləş qaydalarıyla bağlı maarifləndirməni artırmaqdan ibarətdir. AGF bu istiqamətdə müxtəlif tədbirləri həyata keçirməyi planlaşdırır.

Həmin kateqoriyadan