- Baxış sayı: 42
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“ASK arenanın” konfrans zalında Azərbaycan ağırlıqqaldırma federasiyası və Azərbaycan milli antidopinq agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə antidopinq seminarı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə yığma komandalarımızın idmançı və məşqçi heyəti iştirak edib. Seminarı AMADA-nın Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov aparıb.
İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağab olunmuş siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.
Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Sonda idmançılar anonim antidopinq sorğusunda iştirak ediblər.