AİOCC-nin baş assambleyasında

Danimarkanın paytaxtı Kopenhagendə velosiped yarışları təşkilatçılarının beynəlxalq assosiasiyasının (AİOCC) baş assambleyası keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan velosiped idmanı federasiyasının (AzVİF) icraçı vitse-prezidenti Fikrət Hüseynov təmsil edib.

Beynəlxalq velosipedçilər ittifaqının (UCİ) prezidenti David Lappartienin də iştirak etdiyi tədbirin əsas müzakirə mövzusu 2026-cı ildə keçiriləcək şose velosipedi üzrə müxtəlif kateqoriyalı yarışlar olub. Bu yarışlar içərisində 10-14 mayda təşkil olunacaq 2.1 kateqoriyalı “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışı da var.

Assambleya zamanı beynəlxalq yarışların keçirilməsi zamanı ortaya çıxan problemlər və onların həlli, təşkilatçılıq təcrübəsinin digər ölkələrdə tətbiqi kimi məsələlər müzakirə olunub, beynəlxalq federasiyanın prezidenti David Lappartienin çıxışı dinlənilib.

Həmin kateqoriyadan