“Al Ain open chess” ərəfəsində

19-27 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində beynəlxalq şahmat turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, İsveçrə sistemi üzrə 10 turdan ibarət olacaq tarışda Azərbaycanın 24 nümayəndəsinin iştirakı planlaşdırılır.

“Al Ain open chess”də ölkəmizi qrossmeysterlər Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Nicat Abbasov, Ülvi Bacarani, Gülnar Məmmədova, beynəlxalq dərəcəli ustalar Zaur Məmmədov, Xəyalə Abdulla və başqaları təmsil edəcəklər.

“A” turnirində 24 ölkədən 109 iştirakçı, o cümlədən 53 qrossmeyster və 14 beynəlxalq dərəcəli ustanın iştirakı gözlənilir. Turnirin reytinq-favoriti Ukraynadan olan şahmatçı Yuri Kuzubovdur (2701).

Həmin kateqoriyadan