- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün AGF-in bazasında yunan-Roma güləş millinin açıq məşq olub. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Aleksandr Tarakanov hazırlıqla bağlı bunu deyib:
“Pandemiya ilə bağlı məşqlərimizi açıq havada davam etdiririk. Təbii ki, xalça üzərində edilən bəzi təmrinləri stadionda icra etmirik. Qalan bütün məşq detalları eyni qaydada keçirilir. Onu da qeyd edim ki, dəniz kənarında da məşqlərimiz olur.
Azərbaycan dövlətinə və federasiyasımızın rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bizə məşq etmək üçün imkan verilib və lazım olan şərait yaradılıb. Bu da güləşçilərin xeyrinədir. Qapalı məkanlarda məşqlərə icazə verildikdən sonra, təlim-məşq toplanışlarımız əvvəlki qaydada davam edəcək”.