Millimizin kapitanı: Kişilərdə əsas heyətin bəzi üzvləri yüksək hazırlıq səviyyəsində deyildi

Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında əsas milli komandamızın kapitanı Aleksey Dreyevin mətbuat konfransı oldu. Allsport.az saytı xəbər verir ki, rusiyalı mütəxəssis bəzi yığma üzvlərindən narazılığını ifədə etdi:
«Əsas komanda ümidləri doğrultmadı. Biz yüksək yerləri hesablamışdıq. Amma heyət üzvlərinin heç də hamısı optimal hazırlıq səviyyəsində deyildi. Öəzilərində psixoloji çatızmamazlıq vardı. Rusiya seçməsi ilə görüşdə aldığımız məğlubiyyət, vəziyyəti əleyhimizə dəyişdi.

Arkadi Naydiç imkanından aşağı çıxış etdi. Elə məsələlər var ki, mənlik deyildi. Çox şey gözləyirdim, alınmadı. Amma əvəzində, Azərbaycanın əsas qadın komandası yaxşı mənada, məni təəccübləndirdi».

Həmin kateqoriyadan