Allsport.az mükafatçılar sırasında!

Gənclər və idman nazirliyi, Azərbaycan şahmat federasiyası, Respublika şahmat mərkəzininin təşkilatçılığı ilə Milli mətbuatın 150 illiyinə ənənəvi şahmat yarışı keçirildi.  Allsport.az saytı xəbər verir ki, RŞM-də baş tutan rəqabətdə “A” qrupunda 11, “B” qrupunda 10 jurnalist iştirak etdi. Çıxış edənlər arasında idman yönümlü yazarlaü üstünlük təşkil etdi.

Gərgin rəqabətdə kompüterin müəyyən etdiyi daha güclü “A” qrupunda “Olimpiya dünyası” qəzetinin əməkdaşı Əlixan Babayev 8,5 xalla qalib adını qazandı. Siyavuş Əliyev (“İdman” TV) 8 xalla 2-ci, İlkin Vidadioğlu (sportmedia.az) 7,5 xalla 3-cü yer tutdu.

“B” qrupunda İlkin Xəlilov (sportinfo.az) 8 xalla qalib oldu. Ondan yarım xal geri qalan əməkdaşımız Kamran Hacı 2-ci, Sərxan Musalı (AGF) 5,5 xalla 3-cü sırada qərarlaşdı.

Müasir dövrdə şirkətlərdən dəstək almaq asan deyil. Təşkilatçılara dost tərəfdaşlar – “Sirab” su şirkəti və “Rahat” mağazalar şəbəkəsi oldu.

Həmin kateqoriyadan