- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Bakının ən möhtəşəm binalarından sayılan “Alov qüllələri” 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək olur. Allsport.az saytı xəbər verir ki, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır.
Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir. Xatırladaq ki, açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış “Büllur saray”da baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.