- Baxış sayı: 26
- 27 Mart 2026 14:46
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Atletiko Madrid” argentinalı hücumçusu Xulian Alvaresi komandada saxlamaq üçün hərəkətə keçib.
Allsport.az xəbər verir ki, “matrasçılar” ulduz futbolçunu “Barselona”ya buraxmamaq üçün ona yeni və daha cəlbedici müqavilə təklif etməyə hazırlaşırlar.
Yeni sözləşməyə əsasən, Alvares ilinə 10 milyon avrodan çox qazanaraq Yan Oblakla birlikdə komandanın ən çox maaş alan oyunçusuna çevrilə bilər. Klub rəhbərliyi hazırda 2030-cu ilə qədər müqaviləsi olan hücumçunun müddətini daha 1-2 il artırmaq niyyətindədir.
Xulian Alvares bu mövsüm keçirdiyi 44 rəsmi matçda 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı forvardın “Transfermarkt”dakı bazar dəyəri hazırda 90 milyon avro qiymətləndirilir.