AMADA onları cəzalandırdı

AMADA iki idmançının yarışlarda iştirakına qadağa qoyub.

Allsport.az xəbər verir ki, atıcı Rəna Ələsgərova və qol güləşi üzrə idmançı Timoti Lüis (ABŞ) antidopinq qaydalarını pozduqlarına görə 3 il müddətinə diskvalifikasiya olunublar.

Hər iki idmançının təqdim etdiyi nümunələrdə qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi aşkarlanıb.

Timoti Lüis ötən ilin oktyabrında Bakıda keçirilən dünya çempionatında iştirak edib. Həmin vaxt ondan götürülən dopinq analizi müsbət çıxıb.

Həmin kateqoriyadan