- Baxış sayı: 33
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 57
- Noyabr 21, 2024
- 0
“Gəncə” basketbol klubu Azərbaycan çempionatlarında ilk dəfə doğma azarkeşlər önündə oyuna çıxıb. Əlamətdar hadisə 17-ci turda təsadüf edib. Olimpiya idman kompleksində “AAAF Xırdalan”ı qəbul edən “sarı-göylər” rəqibi 92:78 üstələyiblər. Komandanın kapitanı Amil Həmzəyev sevincini allsport.az saytı ilə bölüşüb:
“Çox gözəl ab-hava vardı. Tamaşaçıların hesabına qalib gəldik. Rəqib yarış cədvəlində bizdən öndədir. Onlarla 2 dəfə qarşılaşmışdıq. Bir dəfə “Gəncə”, bir dəfə də “Xırdalan” udmuşdu. Başabaş mübarizə getdi. Ev oyunu üstünlüyündən istifadə edib, sonda qalib gəldik.
Azarkeş dəstəyini xüsusi xüsusi qeyd etmək istərdim. 19 ildir idmandayam. İlk dəfə idi ki, Azərbaycanda basketbolda belə tərəfdar görürdüm. Ehtiyatda 2 oyunumuz var. Allah qoysa, həmin görüşlərdə də fərqlənsək, yarış cədvəlində üst sıralarda mövqeyimizə dönəcəyik. Hədəfimiz ilk dördlüyə düşməkdir”.