- Baxış sayı: 17
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0
Portuqaliya çempionatının 2-ci Liqasında (Sequnda Liqa) 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası “Atletiko” səfərdə “Porto B” komandası ilə üz-üzə gəlib.
Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Ötən turda oynamayan Quluzadə bu dəfə də meydana çıxmağa şans tapa bilməyib. O, sona qədər ehtiyat oyunçular skamyasında gözləməli olub.
Qeyd edək ki, hazırda “Atletiko” 18 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb.