Anand: “Vüqarın həyatda olmaması çox pisdir”

ShamkirChess2015 turnirinin ilk turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayan Vişvanatan Anand partiya ilə bağlı fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“İlk olaraq turnir barədə danışmaq istərdim. Yarışın sözün əsl mənasında böyük şahmatçı Vüqar Həşimova həsr olunması yaxşıdır. Üç dəfə müxtəlif yarışlarda onun partiyalarını təhlil etmişəm. Bir neçə dəfə görüşümüz olub. Bilirdim ki, Vüqar mənim fanatım olub. Son dəfə bir saat danışdıq. Elə bir insanın həyatda olmaması çox pisdir. Karlsenlə oyuna gəlincə, üstünlüyüm var idi. Sadəcə, nədənsə istədiyimi edə bilmədim. Rəqib vəziyyətdən çıxdı. Şəmkir turnirində istənilən nəticəyə hazır olmalısan. Bu yarışda çox güclü iştirakçılar var”.

Anand həmçinin Şəmkirə tək gəlməsinin səbəbini açıqlayıb: “Hər zaman həyat yoldaşım yanımda olur. Sadəcə, Şəmkirə onsuz gəlmişəm. Oğlum balacadır. 4 yaşı var, ona görə səfərə tək çıxmalı oluram”.

Dünya çempionu Maqnus Karlsen isə debütdən pis vəziyyət aldığını etiraf edib: “Ananda qarşı xüsusi hazırlaşmışdım. Sadəcə, debüt uğurlu olmadı. Üstünlük qazanmadım. Ona görə irəliləmək mümkün olmadı. Oyunun belə alınacağını gözləməzdim. Növbəti partiyalar haqda düşünmək lazımdır”.

Həmin kateqoriyadan