Aniş Qiri: “Rəqibim kobud səhv etdi və mən bundan istifadə etdim”

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturnirinin 4-cü turunda daha bir partiya başa çatıb. Allsport.az saytı xəbər verir ki, niderlandlı Aniş Qiri Hindistan şahmatçısı Pentala Harikrişna üzərində inamlı qələbə qazanın. Aniş Qiri partiya haqda bunları deyib:

“Oyunun əvvəlində yenilik etdim. Klassik nümunələrə uyğun olaraq “Poluqayevskiy-Tal oyununa uyğun olaraq tipik mitteşpil aldım. Rəqibim isə yaranmış mövqedən baş çıxarda bilmədi.

Kobud səhv edərək, material itkiyə məruz qaldı və özünü məğlub elan etdi. Partiyanı əvvəli çox darıxdırıcı keçirdi. Amma sonra bir çox imkanlar yarandı istədiyim müəyyən gedişləri həyata keçirim. Ümumiyyətlə oyunumdan razı qaldım”.

Həmin kateqoriyadan