Antalya “Böyük dəbilqə”si yüksək ovqatla bitdi. Cüdoçumuz finalda yaponiyalı rəqibini üstələdi

Antalyada cüdoçuların “Böyük dəbilqə” zolağı sona yetib. Allsport.az xəbər verir ki, millimiz yarışın son gününü yüksək ovqatda bitirib.

100 kq-da çıxış edən Elmar QasımovZelim Kotsoyev “B” qrupunda yer alıblar. Burada adı son çəkilən təmsilçimiz uğurlu çıxış edib. Legionçumuz qələbə seriyasını sonadək davam etdirib. Yarımfinalda estoniyalı Qroqori Minaskin, həlledici görüşdə Aaron Volfa da ipponla qalib gəlib.

Uşangi Kokauri (+100 kq) də “D” qrupunda və 1-ci olub. Amma o, 1/2 finalda yaponiyalı Xisayoşi Xarasava, 3-cü yer üçün tutaşmada avstriyalı rəqibinə yenilib.

Öncə Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medala sahibləniblər.

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.

Həmin kateqoriyadan