Antalya “Böyük dəbilqə”sində Nicat 3-cü, Orxan 5-ci oldu

Aprelin 1-də Antalyada cüdoçuların “Böyük dəbilqə” yarışı start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk sınaq günündə bizdən tatamiyə 7 idmançı çıxıb.

Kişilərdə 60 kq-da Tokio olimpiadasına yollanmağa imkanlı Davud Məmmədsoyla Kəramət Hüseynov yalnız 1 görüşdə qalib gəliblər. Millimizdən ən yaxşı nəticə Nicat Şıxəlizadəyə məxsus olub. “B” qrupunu lider kimi başa vuran cüdoçumuz həlledici tutaşmada komanda yoldaşı Orxan Səfərovun final yolunu kəsib.

Düzdür, o özü də qızıl medal qazanmasa da, “bürünc”ü biynundan taxa bilib. Adı son çəkilən təmsilçimiz təsəllidə üstün olub, amma 3-cü yer üçün qarşılaşmada rusiyalı Murad Çopanova uduzub.

Qadınlarda Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi – 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) çıxışlarını daha erkən bitiriblər.

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan