- Baxış sayı: 30
- 24 Mart 2026 18:39
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla eyni qrupda yer alan İtaliya yığması yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, sözügedən komanda Albaniya ilə qarşılaşıb.
Heyətində “Qarabağ”ın futbolçusu Ansi Aqollinin də yer aldığı albanlar millimizin rəqibi ilə dueldən minimal hesablı məğlubiyyətlə ayrılıblar. Qarşılaşmadakı yeganə qolu matçın 82-ci dəqiqəsində Stefano Okaka vurub.
Qeyd edək ki, Aqolli bu qarşılaşmada 90 dəqiqə meydanda olub.