- Baxış sayı: 144
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 164
- Dekabr 18, 2024
- 0
Şahmat federasiyasının təşəbbüsü ilə Xaçmazda Heydər Əliyev mərkəzində bölgələrarası turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, 2-ci Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın xatirəsinə turnir keçirilib.
Tədbirin girişində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Arəstə Baxışovanın həyatından bəhs olunan videoçarx izlənilib.
Daha sonra, AŞF-in sosial komissiyasının fəaliyyəti, vəzifələri və gələcək planları barədə məlumat vermək üçün komissiyanın sədri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovaya söz verilib.
Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Günel Nurəddinova gənc şahmatçıları icra hakimiyyəti başçısının adından salamlayıb və onlara səmimi arzularını çatdırıb.
Şimal regionu üzrə – Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını təmsil edən 130 qız və qadın şahmatçı 7 turda yarışıb. Yekunda 6 kateqoriya üzrə gənclər mükafatlandırılıb.