- Baxış sayı: 29
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Bu gün «ABU-Arena»da futzalçıların ölkə çempionatının Yüksək liqasında 14-cü turun daha bir oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, hesabat turunda ölkə çempionluğuna iddialı «Fənər» son illərin dəyişməz «Araz» klubu ilə qarşılaşıb.
Gərgin keçən matçda ilk hissədə hesab açılmayıb. Növbəti yarı məhsuldar keçib. Sona 2 dəqiqə qalmışa qədər komandalara hərəyə 2 dəfə fərqlənib. Həlledici zərbə «Araz»dan gəlib və Naxçıvan təmsilçisi çempionluq mübarizəsində «sarı-lacivərdlilər»i büdrədərək, «Xəzər adaları»nın qızıl medala gedən yolunu daha açıb.
Yarış cədvəli ön səhifəmizdədir. Debütant son durumda indi əsas rəqibini «Fənər»i 8 xal fərqlə qabaqlayır.