- Baxış sayı: 35
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0
“Neftçi”nin hücumçusu Ernest Nfor əsas komandaya qayıdışı lə bağlı klubun rəsmi saytına açıqlama verib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Məşqçilər heyətinin qərarına əsasən 5 gün əvəzedici komandanın düşərgəsində oldum. Məşqçilər “Simurq” və “Xəzər Lənkəran” komandalarına qarşı oyunlarda mənə şans verdilər. Sevinirəm ki, bu qarşılaşmalarda istədiyim oyunu göstərə bildim və 2 oyunda 6 xal qazandıq.
Bundan sonra baş məşqçi Arif Əsədova müraciət edərək əsas komandaya qayıtmaq üçün özümü hazır hesab etdiyimi dedim. O da öz növbəsində məni anlayışla qarşıladı və müraciətimə müsbət cavab verildi. Çalışacağam ki, bundan sonra da iştirak edəcəyim oyunlarda komandama mümkün qədər faydalı olum”.