- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Qüdsdə şahmat üzrə “Gideon Yafet” xatirə turiri başa çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, “A” yarışında son turdan əvvəl Azərbaycan qrossmeysteri Arkadi Naydiç liderlik edir. O, mümkün 6 xaldan 5,5 xal toplayıb.
Rusiyalı Mixail Antipov, Daniil Yuffa, israilli Tal Baron, Tamir Nabati və Aleksandr Xuzman ondan bir xal geri qalır. Sonuncu turun püşkatmasına əsasən qara fiqurlarla oynayacaq Arkadi Naydiç Mixail Antipovla qarşılaşacaq.
“A” qrupunda 6 ölkədən 50 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edir. Yarışın mükafat fondu 55 min şekeldir. “Gideon Yafet” İsveçrə sistemi üzrə 7 turda keçirilir.