- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Qüdsdə sayca 2-ci “Gideon Yafet” şahmat turniri başlayıb. Allsport.az saytı xəbər verir ki, 6 ölkədən 50 şətrənc ustasının və 12 qrossmeysterin iştirakı ilə keçirilən “A” turnirində Azərbaycan təmsilçisi Arkadi Naydiç iştirak edir. O, həm də yarışın reytinq-favoritidir.
“A”-da ilk turun partiyaları oynanılıb. 1-ci turda qara fiqurlarla oynayan Arkadi Naydiç yerli şahmatçı Peter Qovxatı məğlub edib. Təmsilçimizin 2-ci turda rəqibi israilli Aleksandr Kaspi olacaq. Gideon Yafet Memorialı İsveçrə sistemi üzrə 7 turda keçirilir.