“Arsenal” çox güclü və keyfiyyətli komandadır”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə premyer liqasının 9-cu turu çərçivəsində keçirilən “Arsenal”a qarşı oyundan (2:2) sonra danışıb.

Allsport.az xəbər verir ki, niderlandlı mütəxəssis əldə edilən nəticədən razıdır:

“Oyun ərzində iki dəfə hesabı bərabərləşdirə bilməyimiz müsbət haldır. “Arsenal” çox güclü və keyfiyyətli komandadır. Çətin oyundan bir xal qazanmağımıza ancaq sevinə bilərəm.”

Həmin kateqoriyadan