- Baxış sayı: 35
- 10 Aprel 2025 23:36
- Baxış sayı: 57
- Aprel 10, 2025
- 0
Futbol üzrə Azərbaycan I Divizionunda yeni mövsümə start verilib.
Allsport PFL-in rəsmi saytına istinadən xəbər verir ki, ilk turun açılış oyununda “Şəmkir” doğma meydanda “Turan-T” ilə qarşılaşıb. Rəqibini 3-1 hesabı ilə məğlub edən “Şəmkir” mövsümə qələbə ilə başladı.
“Kəpəz” – “Şahdağ” və “Lokomotiv” – “Şuşa” oyunlarında qalib müəyyən olunmayıb. Hər iki oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0. “Zirə” öz meydanında keçirdiyi ilk oyunda MOİK-i məğlub edib – 1:0. “Neftçala” səfərdə “Ağsu”nu 4-1 hesabı ilə məğlub edib.
Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
“Qaradağ Lökbatan” 2-0 “Energetik”
“Mil-Muğan” 6-1 “Göyəzən”