AŞF ölkəmizi dünyada rüsvay etdi! Yarış məkanında su gəlmədi, ABŞ şahmatçısı Tvitterdə deyindi

Bakıda şahmat üzrə dünya kuboku keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günlərində biabırçı durum yaşanıb. Tədbirin keçirildiyi “Bulvar” mehmanxanasında su təhcizatında çatışmamazlıq olub.

Bu səbəbdən orada yaşayanlar bir neçə sudan istifadə edə bilməyiblər. Çıxılmaz durumu görən ABŞ təmsilçisi Xikaru Nakamura (2787) öz Tvitter hesabında olanları qələmə alıb. O, qaldığı otaqda hamamda yuyuna bilməyib.

Adı çəkilən məkan “Marriott” beynəlxalq otellər şəbəkəsinə daxildir, 5 ulduzludur. Bunca qonaq evləri hər malik olur və fövqəladə hallarda ehtiyat vasitələr işə düşür.

Sayca 10-cu dəfə təşkil olunan dünya kubokunda 206 kişi və 103 qadın şahmatçı iştirak edir. Güclü cinsin nümayəndələrinin rəqabətində ilk 3 yeri tutanlar “İddiaçılar” turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.

Yarış 8 illik fasilədən sonra 2-ci dəfə Bakıda təşkil olunur. İlk dəfə 2015-ci ildə paytaxtımızda keçirilib. Həmin zaman gənclər və idman naziri Azad Rəhimov olub. Mərhumun dönəmində təşkilatçılıqda nöqsan yaşanmamışdı.

Həmin kateqoriyadan