- Baxış sayı: 45
- 14 Fevral 2025 23:44
- Baxış sayı: 41
- Fevral 17, 2025
- 0
Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 28-də Pakistanın paytaxtı İslamabadda Birləşmiş Millətlər Təşkilatının və Pakistan İslam Respublikası baş nazirinin gənclər proqramının birgə təşkilatçılığı ilə baş tutan Birlik Asiya Gənclər Alyansının ilk sessiyasında və Asiya regional gənclər nazirlərinin görüşündə iştirak edib. Allsport.az saytı xəbər verir ki, forumun açılışında Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak edib.
Nazir Fərid Qayıbov bir sıra ölkələrdən olan həmkarları ilə gənclər siyasəti sahəsində müzakirələr aparıb, Pakistan Hökumət sarayında ölkənin baş naziri Məhəmməd Şahbaz Şərifin nümayəndə heyətləri rəhbərləri ilə görüşündə də iştirak edib.
Fərid Qayıbov Azərbaycanın İslamabaddakı səfirliyində də olub. Burada ümummilli lider Heydər Əliyevin büstü önünə ölkəmizin Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov ilə birgə gül qoyub və səfirlə görüş keçirib.