- Baxış sayı: 59
- 03 Dekabr 2025 14:58
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Xorvatiyanın Zadar şəhərində Avropa stolüstü tennis birliyinin növbəti konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda bizdən Azərbaycan stolüstü tennis federasiyasının vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova iştirak ediblər.
Yığıncaqda ali idman qurumunun son bir ildə gördüyü işlər haqqında hesabat dinlənilib, mövcud durum və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr diqqətə catdırılıb.
ASTB rəhbərliyi tərəfindən, məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, stolüstü tennis idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.