Ataman Güneyligil: “Hər oyun bizim üçün final kimidir”

Avropa çempionatında qadın voleybol millimiz “C” qrupunda ilk görünə avqustun 18-də çıxacaq. Allsport.az saytı xəbər verir ki, son baş məşqçisi Ataman Güneyligil son durumu belə dəyərləndirib:

“Yoxlama oyunlarında bütün oyunçuları yoxladıq. Bu oyunlarda öz taktikalarımız üzərində çalışdıq. Eyni zamanda rəqiblərimizin son çıxış etdikləri beynəlxalq yarışlardakı oyunlarını analiz etdik, onlar üzərində də çalışdıq.

Əsas heyətdə yaxşı fiziki formada olan, taktikaları daha yaxşı yerinə yetirə biləcək oyunçular oynayacaq. Matç-matç düşünəcəyik. Konkret olaraq bu yerə qədər gedəcəyik demirik.

Hər oyun bizim üçün final kimidir. Son Avropa çempionatındakı uğursuzluğu unutdurmağa çalışacağıq. Hər matçın, hər anın, hər xalın qiymətini bilərək oynamalıyıq. İlk oyundan son oyuna qədər. Bu cür davamdəriksə, yolumuz açıq olacaq”.

Həmin kateqoriyadan