“Atasport” klublararası dünya çempionatında 3-cü oldu

İranın Bocnurd şəhərində yunan-Roma güləşi üzrə klublararası dünya çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “Atasport” son görüşdə İranın “Sircan” komandasına 6:4 hesabı ilə qalib gələrək bürünc?medal qazanıb

Həlledici qarşılaşmada Ziyad Zeynalov (55 kq), Əsgər Əlizadə (60 kq), Zaur Nuriyev (63 kq), Azad Əliyev (72 kq), Arif Niftullayev (97 kq) və Oyan Nəzəriani (130 kq) görüşlərini qələbəylə başa vurublar.

Həmin kateqoriyadan