- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rusiyanın bir qrup yeniyetmə və gənc cüdoçusu paytaxtımızın “Atilla” idman klubunda qış toplanışı keçir. Allsport.az saytı xəbər verir ki, təlim-məşqdə cəmiyyətin yetişdirdiyi olimpiya və Avropa oyunları mükafatçıları Rüstəm Orucov, Elmar Qasımov və Orxar Səfərov ustad dərsi veriblər.
Baş məşqçi Əli Dəvrişovun rəhbərliyi ilə hazırlıq yüksək səviyyədədir. Bunu qrupun rəhbəri Aleksey Epifanov qeyd edib. Səfər çərçivəsində qonaqlar klubun məşqçiləri Asif Abdullayev (Şabran) və Rəşad Həsənovla da görüşüblər. TMT-də Qafqazın idmançı və məşqçi qaymaqlarının olduğunu yazan şimallı mütəxəssis, heyrətamiz qonaqpərvərlik və ən yüksək səviyyədə toplanışın keçdiyini vurğulayıb.
Birgə hazırlığa Qazaxıstan, Avstriya, Ukrayna, Polşa, İsrail, Baltikyanı ölkələrinin cüdoçuları da qatılıblar. “Atilla”nın rəhbəri Fərhad Məmmədov, milli komandamızın məşqçi-müəllimləri Rəşad Məmmədov, Zaur Babayev və digərləri təlimləri yaxından izləyir, öz tövhələrini verirlər.