- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 172
- Fevral 06, 2026
- 0

Bolqarıstan paytaxtı Sofiyada qitə çempionatında bürünc medal qazanan Rüstəm Orucov (73 kq) Azərbaycan cüdosunda rekord edib.
Allsport.az saytı xəbər verir ki, o bu yarışlarda şəxsidə 5-ci dəfə fəxri kürsüyə çıxıb, hazırda millinin məşçisi olan Elçin İsmayılovun uğurunu təkrarlayıb.
Əyara görə, “Atilla”nın yaşca böyük yetirməsi Rüstəmdən üstündür. İsmayılovun qitə çempionatlarında 3 qızıl (2000, 2001, 2005), 2 gümüş (2002, 2004) medal qazanıb.
Orucov 1 qızıl (2016), 1 gümüş (2019) və 3 bürünc (2017, 2020, 2022) müküfata sahib çıxıb. Onun hesabında 2016-cı ildə komanda yarışında bürünc medalı da əlavə etsək, qünimətlərin ümumi sayı 6-ya yüksəlir.