- Baxış sayı: 34
- 05 Fevral 2026 18:05
- Baxış sayı: 203
- Fevral 04, 2026
- 0

“Atletiko Madrid” “Everton”un sol cinah müdafiəçisi Vitali Mikolenkonu transfer etmək niyyətindədir.
Allsport.az xəbər verir ki, Madrid təmsilçisi müqaviləsi cari mövsümün sonunda (iyunda) başa çatacaq 26 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır. Cari mövsümdə premyer liqada 20 matçda çıxış edən ukraynalı oyunçu sabit oyunu ilə “Atletiko”nun skautlarının diqqətini çəkib.
“Everton”un müdafiəçini komandada saxlamaq üçün müqaviləni yeniləmək cəhdləri isə hələlik nəticə verməyib.