- Baxış sayı: 40
- 19 Dekabr 2024 23:02
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Azərbaycan voleybol federasiyasının prezidenti Şahin Bağırov, yeniyetmə və gənclərlə görüşüb. Allsport.az saytı xəbər verir ki, federasiyanın vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucovun iştirak etdiyi görüşə 19-21 mayda AVF-də keçirilmiş 15 yaşadək qızlar arasında təşkil olunan voleybol turnirində fərqlənən oyunçular və onların məşqçiləri qatılıblar.
Şahin Bağırov voleybolçularla söhbətində voleybolun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bu işdə gənclərin yaxından iştirakının zəruriliyini ifadə edib. Federasiya rəhbəri dərslə bərabər məşqlərə də vaxt ayırdıqları üçün voleybolçulara və onların valideynlərinə təşəkkür edib. Voleybolçuların problemləri ilə maraqlanan federasiya rəhbəri onları bir neçə gün əvvəl keçirilmiş turnirdə sərgilədikləri gözəl oyun münasibətilə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
Görüşdə Faiq Qarayev çıxış edərək gənclərin məşq prosesinə necə yanaşmalı olduqlarından danışıb. Professional voleybolçu kimi yetişmək istiqamətində məsləhətlərini verib, gənclərə karyeralarında uğurlar arzulayıb.
Sonra “Azərreyl-2” komandasının baş məşqçisi Alla Həsənova çıxış edib. O, bir neçə gün əvvəl başa çatmış yarışda fərqlənən voleybolçuların seçim əsasında millinin ikinci komandasına cəlb ediləcəklərini bildirib. O, belə seleksiya tipli yarışların tez-tez keçirilməsinin vacib olduğunu deyib. Məhz bu yarışlarda oyunçular özlərini göstərmək və təcrübə toplamaq imkanı qazanırlar.
Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.