QƏLƏBƏ
Avro-2020-nin 4 oyunu Bakıda keçiriləcək

Bu gün UEFA-nın İcraiyyə Komitəsi Avro-2020-nin final mərhələsinin oyunlarını qəbul edəcək 13 assosiasiyanı müəyyənləşdirib. Allsport.az saytı xəbər verir ki, seçilən şəhərlər Cenevrə şəhərində, Espace Hippomene Sərgi Mərkəzindəki mərasimdə elan olunub.
Beləliklə, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin 4 oyunu UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, Bakıda keçiriləcək.
Bunlardan biri 1/4 final mərhələsinin, digər 3-ü isə qrup mərhələsinin oyunları olacaq.
Avro-2020-nin oyunlarının keçiriləcəyi bütün şəhərlərin siyahısını diqqətinizə çatdırırıq:
İngiltərə/London – 1/2 finallar və final
Azərbaycan/Bakı – 3 qrup oyunu, 1 1/4 final oyunu
Almaniya/Münxen – 3 qrup oyunu, 1 1/4 final oyunu
İtaliya/Roma – 3 qrup oyunu, 1 1/4 final oyunu
Rusiya/Sankt-Peterburq – 3 qrup oyunu, 1 1/4 final oyunu
Belçika/Brüssel – 3 qrup oyunu, 1 1/8 final oyunu
Danimarka/Kopenhagen – 3 qrup oyunu, 1 1/8 final oyunu
Macarıstan/Budapeşt – 3 qrup oyunu, 1 1/8 final oyunu
Hollandiya/Amsterdam – 3 qrup oyunu, 1 1/8 final oyunu
İrlandiya/Dublin – 3 qrup oyunu, 1 1/8 final oyunu
Rumıniya/Buxarest – 3 qrup oyunu, 1 1/8 final oyunu
Şotlandiya/Qlazqo – 3 qrup oyunu, 1 1/8 final oyunu
İspaniya/Bilbao – 3 qrup oyunu, 1 1/8 final oyunu

Həmin kateqoriyadan