- Baxış sayı: 40
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 33
- Dekabr 05, 2025
- 0

Bu gün İslandiya paytaxtı Reykyavikdə kişilərin Avropa çempionatı sona çatıb. Allsport.az saytı xəbər verir ki, 11 turun yekununda Rauf Məmmədov (2654) 7,5 xalla 6-cı yer tutub. O, son partiyada rusiyalı Aleksey Sarana (2643) ilə xalı yarı bölüb.
Eyni nəticə göstərən, əmsalda komanda yoldaşı və digərlərindən geri qalan Nicat Məmmədov (2595) 17-ci olub.
Nicat Abbasov (2656) 6,5 xalla 42-ci, Aydın Süleymanlı (2536) 6 xalla 67-ci, Riad Səmədov (2360) 5,5 xalla 91-ci yer tutublar.
İlk 23 pilləni tutanlar gələnilki dünya kubokuna vəsiqə qazanıblar.