- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Şahmat üzrə məktəblilər arasında Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, koronavirus pandemiyasına görə onlayn keçirilən turnirdə Azərbaycan çahmatçıları 5 medal qazanıb.
13 yaşlı qızların yarışında Nərmin Abdinova final görüşündə 1.5:0.5 xal hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb. Daha bir şahmatçımız – 15 yaşlı oğlanların qrupunda fərqlənib. Şiroğlan Talıbov finalda məğlub olmaqla gümüş medalla kifayətlənib. Xaqan Əhməd 10 yaşlı oğlanlar arasında gümüş medal qazanıb.
11 və 10 yaşlı qızların yarışında müvafiq olaraq Lalə Hüseynova və Əsnəd Vəliyeva 3-cü nəticə göstərərək bürünc medal əldə edib.
Qeyd edək ki, ümumilikdə, final mərhələsində 9 şahmatçımız mübarizə aparıb. Çempionat iki mərhələ üzrə Tornelo oyun platformasında təşkil olunub.