- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avqustun 15-indən sentyabrın 3-nədək Belçika, İtaliya, Almaniya və Estoniya birgə Avropa çempionatına ev sahibi olacaqlar. Allsport.az saytı xəbər verir ki, millimizin kapitanı Ayşən Abduləzimova yarışa hazırlıqla bağlı bunu deyib:
“Klub sezonunu mayda başa vurdum. Çox şükür mövsümü çempionluqla bitirdim. Sonra qısa müddət istirahət edib, milli komandaya qoşuldum.
Avropa çempionatında ilk məqsədimiz qrupdan çıxmaqdır. Bundan sonra artıq addım-addım, bacardığımız qədər irəli getməyi hədəfləyirik.
Bosniya və Hersoqovinada, Bakıda və Sloveniyada müxtəlif komandalarla bir sıra yoxlama oyunları keçirdik. Bu oyunlar çatışmazlıqları və səhvlərimizi görməyə imkan yaratdı. Həmçinin bu yoxlama matçları baş məşqçiyə Avropa çempionatı üçün əsas heyəti müəyyənləşdirməyə də kömək oldu.
İnşallah çəkdiyimiz zəhmətin nəticəsini görərik. Komandamızda ana olan oyunçularımız da var, onlar hazırda övladlarından ayrıdırlar, ölkəmizi təmsil edirlər. Onlara da çətindir. Həmçinin bəzi zədələrimiz var.
Buna baxmayaraq, biz sonadək mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, qrupdan çıxaq və uğurlu nəticə qazanaq.
Bizi dəstəkləyən azarkeşlərə, yanımızda olan hər kəsə təşəkkürümü bildirirəm”.