- Baxış sayı: 46
- 24 Mart 2026 23:23
- Baxış sayı: 59
- Mart 25, 2026
- 0

Afinada gənc cüdoçuların qitə kubokunda ölkəmizi 2 hakim təmsil edib. Allsport.az saytı xəbər verir ki, Məhəmmədəli Quluzadə və Arzu Acalova öz peşəkarlıqları ilə Avropa cüdo ittifaqının diqqətini çəkib.
Adı ilk çəkilən həmyerlimiz qadınlarda 48 kq-da və kişilərdə 73 kq-da final görüşlərini idarə edib. Bu, Azərbaycana ilk yüksək etimad olub.
Məhəmmədəli Quluzadəyə 3-cü yer uğrunda 2 tutaşma da həvalə olunub. Xanım beynəlxalq dərəcəli referimiz də 3-cü yer üçün 2 qarşılaşmada ədaləti qoruyub.



