- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Dünya güləşi ağır itki ilə üzləşib. Allsport.az saytının məlumatına görə, Avropa güləş komitəsinin prezidenti Çeno Çenov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. Güləşin inkişafında böyük xidmətləri olan mərhum xüsusən 2013-cü ildə bu idman növünün Olimpiadanın proqramında qalmasında böyük əmək sərf etmişdi.
Sofiya universitetinin tarix və arxitektura fakültəsini bitirən mütəxəssis Bolqarıstan güləş federasiyasında baş katib, vitse-prezident və prezident vəzifələrində çalışmaqla yanaşı, 1978-ci ildən köhnə adı Avropa güləş şurası olan qurumun icraiyyə komitəsinin üzvü olub. 1996-cı ildən isə bu quruma başçılıq edirdi. O, 7 dəfə bu qurumun prezident seçkilərində qalib gəlmişdi. Çenov həmçinin 2002-ci ildən Dünya güləş birliyinin büro üzvü idi.
Azərbaycan güləş federasiyası bu ağır itkidən kədərləndiyini bildirərək mərhumun ailə üzvlərinə, Bolqarıstan, Avropa güləş gederasiyalarınına və Dünya güləş birliyinə başsağlığı verir.