- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İyunun 11-də İspaniya paytaxtı Madriddə açıq Avropa kuboku start götürəcək.
Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizovun rəhbərliyi ilə Nazir Talıbov, Rəşxan Baxşəliyev (hər ikisi – 60 kq), Tofiq Əliyev, Rəşad Yelkiyev (66 kq), Zaməddin Poladov, Nurlan Osmanov (73 kq), Kərim Məmmədov, Elcan Şəfiyev (81 kq), Rüfət İsmayılov (90 kq) və İmran Yusifov (+100 kq) təmsil edəcəklər.
Qadınlarda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə Leyla Əliyeva (48 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) güclərini sınayacaqlar.
ACF-in beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev və Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaqlar.