- Baxış sayı: 42
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Moldova azərbaycanlıları konqresi “Qarabağ Azərbaycandır!” adlı aksiya keçirib.
Allsport.az saytı xəbər verir ki, 100-ə yaxın soydaşımız Avropa liqasının pley-off mərhələsində Kişineuda keçirilən “Şerif” (Moldova) – “Pünik” (Ermənistan) qarşılaşmasında ingilis və türk dillərində yazılan “Qarabağ Azərbaycandır!” şüarı olan köynək geyinərək yerli kluba dəstək olublar.
Tədbirdə Azərbaycan və Moldovanın dövlət bayraqları dalğalandırılıb.
Bu qarşılaşmada “Şerif “komandası penaltilərdə 3:2 qalib gələrək (hər 2 oyun – 0:0), Avropa liqasının qrupuna vəsiqə qazanıb.
