Ayan öncüllüyünü qoruyur

Qadın şahmatçıların ölkə çempionatında 6-cı turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, bu turda yeganə heç-heçə Ləman Hacıyeva Xanım Balacayeva arasında görüşdə olub. Yarışın öndəri Ayan Allahverdiyeva təcrübəli Zeynəb Məmmədyarovanı üstələyib. Xəyalə Abdulla ötən ilin Azərbaycan çempionu Gövhər Beydullayeva yenilib.

Nərmin Abdinova millinin üzvü Türkan Məmmədyarovaya, Səbinə İbrahimova debütant Nurtan Nuriyevaya qalib gəlib. Bu tur Gülnar Məmmədova istirahət edib.

Hesabında 4,5 xal olan Ayan zirvədə yerini qoruyur. Gövhər liderdən yarım xal geri qalır. Səbinə və Xanım hərəyə 3,5 xal ilə müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar.

Həmin kateqoriyadan