- Baxış sayı: 48
- 14 Dekabr 2025 16:01
- Baxış sayı: 144
- Dekabr 14, 2025
- 0

Monteneqronun Nikşiç şəhərində start götürən şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində 2-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Aydın Süleymanlı Ukrayna təmsilçisi Yuliya Osmakı məğlub edib.
Təmsilçimiz 2 xalla turnir cədvəlində liderliyə yüksəlib.
Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.