- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Monteneqronun Nikşiç şəhərində davam edən şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Aydın Süleymanlı Türkiyə təmsilçisi Vahap Sanal ilə mübarizədən qalib ayrılıb.
Təmsilçimiz 6 xalla turnir cədvəlinin vahid lideridir.
Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.