Aydın Süleymanlı ardıcıl 2-ci qələbəsini qazandı

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin 6-cı turunun oyunları keçirilib.

Allsport.az xəbər verir ki, şahmatçılarımızdan yalnız Aydın Süleymanlı 6-cı turda qələbə qazanıb. Qeyd edək ki, təmsilçimiz ötən turda da rəqibini məğlub edib. Digər şahmatçılarımızdan Rauf Məmmədov Surya Şekhar Ganquli (Hindistan), Nicat Abasov Villagra Cristobal Henriquez (Çili), Vasif Durarbəyli İvan Çeparinov (Bolqarıstan) ilə heç-heçə ediblər.

6 turun nəticəsinə görə, R.Məmmədov, N.Abasov, A.Süleymanov hərəyə 2,5 xal qazanıblar. V.Durarbəylinin aktivində isə 2 xal var.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Həmin kateqoriyadan