- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 57
- Noyabr 21, 2024
- 0
Bu gün Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının 3-cü turunun oyunları keçiriləcək.
Allsport.az xəbər verir ki, ölkəmizi festivalın “A” turnirində Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Abdulla Qədimbəyli, “B” turnirində Məhəmməd Muradlı, Elvin Bayramov, Read Səmədov təmsil edirlər.
Günün ən maraqlı qarşılaşmalarından biri 14 yaşlı şahmatçılar – azərbaycanlı və hindistanlı dünya çempionları Aydın Süleymanlı ilə Rameşbabu Praqnanandha arasında olacaq.
Rauf Məmmədov 2 turdan sonra maksimum xalla “A” turnirində liderdir. Aydın Süleymanlı və Vasif Durarbəyli hərəyə 1,5 xal qazanıblar.
Fevralın 29-dək davam edəcək festivalın ümumi mükafat fondu 120 min avrodur.