- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Monteneqronun Nikşiç şəhərində keçirilən şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində 5-ci turun oyunları baş tutub. Allsport.az xəbər verir ki, Aydın Süleymanlı əsas rəqibi Daniel Dardanı məğlub edərək 4 xalla turnir cədvəlinin vahid lideri olub.
Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.